Kasıbçılıq Rusiyanın da dilini gödəldir:“Sputnik”in Baltik şöbələri bağlandı

13-03-2016, 23:58           

“Rusiyanın Səsi Radiosu” və “RIA Novosti” xəbər agentliyinin güclərini birləşdirməsilə qurulan qlobal yeni media şəbəkəsi “Sputnik” İsveç, Norveç, Danimarka və Finlandiyada yerli dillərdə nəşr etdiyi internet saytını bağlamağa qərar verib.

Strateq.az xəbər verir ki, məlumatı xəbər agentliyinin özü yayıb. Agentliyin sosial media üzərindən yaydığı açıqlamada həmin ölkələrdəki oxuculara bundan sonra xəbərləri ingilis versiyasından izləmək məsləhət görülüb.

İsveçin populyar qəzetlərindən “Expressen” "Putin təbliğat saytını bağladı" başlığı ilə xəbəri oxucularına çatdırıb, bunu Vladimir Putinin izlədiyi səhv siyasətlər nəticəsində ölkənin böyük iqtisadi böhrana girməsi və böhranın media strukturlarına inikası kimi qiymətləndirib.

“Sputnik”in rəsmi Moskvanın dili olduğunu nəzərə alsaq, xəbəri qısaca bu cür şərh etmək olar: Kasıbçılıq hər kəsin dilini gödəldən axmaq bir vəziyyətdir…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.