Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Ankarada baş verən terror hadisəsinə münasibət bildirib.
Axar.az xəbər verir ki, baş katib terrorun təkcə Türkiyəyə yox, bütün Avropaya qarşı törədildiyini deyib:
“Bu terror hücumu Avropa dəyərlərimizə, hamımıza qarşı törədilib. Türkiyəyə başsağlığı verirəm”.
Xatırladaq ki, Ankarada baş verən terror aktı nəticəsində son məlumatlara görə 32 nəfər həlak olub. teref.az olaraq qeyd etmək istəyirik ki, Ankaradan aldığımız axırıncı xəbərə görə həlak olanların sayı 34 nəfərə çatıb! Tanrı onlara rəhmət eləsin!