Rusiyada koronavirusa rekord yoluxma qeydə alındı 19-10-2021, 08:45 Rusiyada koronavirus infeksiyasına yoluxma hallarının sayı bir gündə 34 325 nəfər artıb.Bu, pandemiyanın başlanmasından bəri yeni maksimum göstəricidir. Ölkədə ümumi yoluxman sayı 8 milyonu keçərək 8 027 012 nəfər olub.Nisbi ifadədə artım 0,43 % təşkil edib.Xüsusilə, son sutkada Sankt-Peterburqda 3 097, Moskva bölgəsində 2 768 yoluxma qeydə alınıb. Rusiyada koronavirusdan ölüm sayı isə son bir gündə 998 nəfər olmaqla 224 310 nəfərə çatıb.Mənbə: TASS Facebook-da paylaş