"Bayarktar" Donbas separatçılarını qorxuya saldı - "İSTƏNİLƏN AN PEYDA OLA BİLİR"

28-10-2021, 12:31           
"Bayarktar" Donbas separatçılarını qorxuya saldı -
Ukraynanın şərqindəki, Donetsk və Luqanskdakı separatçılar Türkiyə istehsalı olan “Bayraktar TB” pilotsuz uçuş aparatından narahatdırlar.

Qafqaz.media xəbər verir ki, bu, “RİA Novosti”nin separatçıların nəzarəti altında olan ərazidə “Bayraktar”ın uçuşu ilə bağlı yaydığı məqalədə etiraf olunub.

Rusiyalı pilotsuz uçuş aparatları üzrə mütəxəssis Denis Feditinov hesab edir ki, büdcəsi az olan dövlətlər belə texnologiyalardan istifadə etmək imkanından məhrumdurlar. Onun sözlərinə görə, Donbasda “Bayraktar”ın qarşısını almaq üçün separatçıların heç bir vasitəsi yoxdur: "Rusiya istehsalı olan “İqla”, “Pansir” və “Tor” kimi hava hücumundan müdafiə sistemləri Türkiyə PUA-sına qarşı çıxa bilər. Bundan başqa, “Bayraktar” güclü psixoloji təzyiq vasitəsidir. Çünki istənilən an peyda ola bilir”.

Hazırda Ukraynanın 6 “Bayraktar”ı və bir neçə yüz sursatı var. Yaxın zamanlarda Ukrayna daha 15 “Bayraktar” almağı planlaşdırır.

Məlumata görə, “Bayaraktar” separatçıların nəzarəti altında olan ərazinin 15 km dərinliyinə daxil olub. Ukraynalı təhlilçilərin fikrincə, Donbasda genişmiqyaslı antiterror əməliyyatı aparmaq üçün 50-yə yaxın zərbə aparatı lazımdır.

Qeyd edək ki, “Bayraktar” İkinci Qarabağ müharibəsində öz imkanlarını nümayiş etdirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.