ABŞ hipersəsli silahın sınağını Rusiyaya görə təxirə salıb

29-10-2021, 08:03           
ABŞ hipersəsli silahın sınağını Rusiyaya görə təxirə salıb
Cari iliniİyun ayında Cenevrədə keçirilmiş Rusiya-Amerika sammitinə bir həftədən az qalmış Ağ Ev, Rusiya ilə gərginlik yaratmamaq üçün Pentaqona ABŞ-ın hipersəs silahlarının çoxdan planlaşdırılan sınaqlarını təxirə salmağı əmr edibmiş.

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti ABŞ ordusu və Konqresindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Co Bayden həmin anda Rusiya lideri Vladimir Putinlə çətin danışıqlara hazırlaşırdı və Amerika administrasiyası sammit öncəsi bu cür təxribat xarakterli sınaqların Moskvaya yanlış siqnal verə biləcəyindən, hətta danışıqların pozulmasına səbəb ola biləcəyindən narahat idi.

Öz növbəsində, Ağ Ev bu məlumatla razılaşmayıb və bunun etibarlı olmadığını vurğulayıb. Pentaqon hələlik bu mövzuya rəsmi münasibət bildirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru