Baydenin korteji Romada qəzaya düşdü

30-10-2021, 00:08           
Baydenin korteji Romada qəzaya düşdü
ABŞ Prezidenti Co Baydenin kortejindən olan avtomobil Romada qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir. Bildirilir ki, Bayden Roma Papası Fransisklə görüşdükdən sonra Kvirinal sarayında İtaliya Prezidenti Serco Mattarella ilə bir araya gəlib.

“Vatikandan Kvirinals Sarayına gedən prezident kortejinin avtomobili kiçik qəzaya düşüb. Ciddi xəsarət alan olmayıb, lakin hər ehtimala qarşı sərnişinlər ABŞ tibb işçiləri tərəfindən müayinə olunur”, - deyə Ağ Evin məlumatında deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru