Səudiyyə Ərəbistanı Livan səfirindən ölkəni tərk etməsini tələb edib

30-10-2021, 00:04           
Səudiyyə Ərəbistanı Livan səfirindən ölkəni tərk etməsini tələb edib
Səudiyyə Ərəbistanı Livanın krallıqdakı səfirindən ərazisini iki gün ərzində tərk etməsini tələb edib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, Səudiyyə Ərəbistanı həmçinin Livandan bütün idxallara ümumi qadağa qoyub.

Qeyd edilir ki, bütün bunlara səbəb Livanın informasiya naziri Corc Kordahinin Yəməndəki müharibəni Səudiyyə Ərəbistanının "təcavüzkarlığı" kimi xarakterizə etməsi olub. Səudiyyə Ərəbistanı nazirin ittihamlarının yayılmasından bir neçə gün sonra buna cavab olaraq Livanın krallıqdakı səfirinə 48 saat ərzində ərazisindən çıxmağı tələb edib, eləcə də həmin ölkədən idxalı dayandırıb.

Xatırladaq ki, Livanın informasiya naziri Corc Kordahi təkcə Səudiyyə Ərəbistanını deyil, Birləşmiş Ərəb Əmirliklərini də Yəməndəki müharibədə iştirakda ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru