"ABŞ daha 55 rusiyalı diplomatı ölkədən çıxarmaq istəyir" - Zaxarova

30-10-2021, 08:24           
"ABŞ daha 55 rusiyalı diplomatı ölkədən çıxarmaq istəyir" - Zaxarova
Rəsmi Vaşinqton yaxın aylarda daha 55 rusiyalı diplomatın, eləcə də səfirlik və konsulluqların inzibati və texniki işçisinin ABŞ-ı tərk etməsini tələb edir. "Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, bu addımdan sonra diplomatik cəbhədə vəziyyət pisləşəcək:

"Birtərəfli üstünlüklərə nail olmaq ümidi ilə qarşıdurma ssenarisinin həyata keçirilməsində inadkarlıq heç bir yerə aparmır. Bunun ardınca tərəfimizdən operativ və mütənasib, lakin simmetrik olmamaq şərti ilə addım atılacaq”, - diplomat vurğulayıb.

Zaxarova əlavə edib ki, ABŞ-a Rusiya Federasiyasındakı diplomatik personalın, o cümlədən çox tələb olunan konsulların sayına görə 455 nəfərlik kvotanı doldurmağa heç nə mane olmur: "Hazırda Rusiyada 130-a yaxın amerikalı diplomat, ABŞ-dakı nümayəndəliklərimizdə isə 200-dən az rusiyalı çalışır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru