Avrozonada bahalaşma rekord həddə çatdı

30-10-2021, 08:34           
Avrozonada bahalaşma rekord həddə çatdı
Avrozonada qiymətlər 2008-ci ildəki qlobal maliyyə böhranından sonra rekord həddə çatıb.

Bizim.Media xəbər verir ki, inflyasiyanın artım tempi Avropa Mərkəzi Bankının (ECB) iki faiz səviyyəsində nəzərdə tutulan proqnozunu iki dəfə üstələyib.

Buna səbəb kimi yanacaq qiymətlərinin yüksəlməsi və tələbin təklifi üstələməsi göstərilir. ECB rəsmiləri bu halın müvəqqəti olacağını gözləyirlər.

Bildirilir ki, bank koronavirus pandemiyası zamanı başladılan iqtisadi stimullaşdırma tədbirlərini 2022-ci ilin mart ayının sonuna qədər saxlayacaq. Avrozonanın statistika qurumu üçüncü rübdə ÜDM artımının 2,2 faiz olduğunu bildirib, ikinci rüb üzrə analoji göstərici 2,1 faizə bərabər idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru