Səudiyyə Ərəbistanı Fransadan artilleriya sistemləri və hərbi maşınlar almaq istəyir

30-10-2021, 16:55           
Səudiyyə Ərəbistanı Fransadan artilleriya sistemləri və hərbi maşınlar almaq istəyir
Səudiyyə Ərəbistanı Fransanın “Nexter Systems” şirkətindən yeni artilleriya sistemləri və hərbi maşınlar almaq niyyətindədir. Ordu.az xəbər verir ki, bu barədə “Defence Arab” nəşri yazıb.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı şirkətdən təsirli miqdarda artilleriya sistemləri və hərbi maşınlar üçün kotirovka tələb edib. Sifarişlərə 118 ədəd yedəkdə daşınan 105LG 105 mm haubitsa, 147 ədəd 6x6 təkər formuluna malik, 112 ədəd 8x8 təkər formuluna malik “Sezar” 155 mm özüyeriyən artilleriya qurğusu, 153 ədəd TITUS təkərli zirehli texnikalar daxildir.

Bütün avadanlığın həqiqətən sifariş edilib-edilməyəcəyi məlum deyil. “Sezar” 6x6 və onun ağır zirehli 8x8 versiyası potensial istifadəçiləri cəlb etməyə davam edir. Səudiyyə Ərəbistanı onlardan 2006-cı ildə 76 ədəd, daha sonra isə 52 ədəd sifariş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.