II Elizabetin son vəziyyəti AÇIQLANDI

31-10-2021, 00:00           
II Elizabetin son vəziyyəti AÇIQLANDI
Kraliça II Elizabetin səhhətində ciddi problem yoxdur.

Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib.

“Hər həftə olduğu kimi, bu həftə də Əlahəzrətlə danışdım və o, əla formadadır”, - deyə o bildirib.

Conson qeyd edib ki, kraliça həkimlərin tövsiyələrinə əməl edərək, dincəlir.

“Əminəm ki, bütün ölkəmiz ona ən yaxşısını arzulayır”, - deyə baş nazir əlavə edib.

Daha əvvəl məlum olmuşdu ki, II Elizabet həkimlərin məsləhəti ilə daha iki həftə istirahət edəcək. Bundan əlavə, həkimlər ona rəsmi səfərlər etməyi qadağan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru