Sudanın hərbi hakimiyyətinə qarşı etirazlar başlayıb - Toqquşmalarda ölənlər var

30-10-2021, 19:21           
Sudanın hərbi hakimiyyətinə qarşı etirazlar başlayıb -
Sudanın paytaxtı Xartumun ətrafındakı Omdurman kəndində hərbi şuranın təhlükəsizlik qüvvələri ilə etiraza qalxan vətəndaşlar arasında toqquşma olub.

Qafqaz.media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sudanın Həkimlər Mərkəzi Komitəsi məlumat yayıb.

"Sudan ordusu komandirinin qərarlarına qarşı oktyabrın 30-da təşkil olunan nümayidə iki etirazçı həlak olub", - məlumatda deyilir.

Bundan əvvəl yüzlərlə nümayişçinin Omdurman şəhərində küçələrə çıxdığı bildirilirdi.

Bu arada paytaxtın özündə təhlükəsizlik qüvvələri bütün mərkəzi küçələri və körpüləri bağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru