KİV: Efiopiyada silahlılar strateji əhəmiyyətli şəhəri ələ keçirib

31-10-2021, 07:25           
KİV: Efiopiyada silahlılar strateji əhəmiyyətli şəhəri ələ keçirib
Efiopiyada Tıqray Xalq Qurtuluş Cəbhəsinin silahlıları Amhara bölgəsinin Tıqrayla sərhəddə yerləşən strateji əhəmiyyətli Dessa şəhərinə daxil olublar.

"Report" xəbər verir ki, bu barədə "France Press" məlumat yayıb.

Hökumət ölkədəki siyasi və hərbi gərginliklə əlaqədar televiziya yayımını dayandırıb.

Qeyd edək ki, Şimali Efiopiya 2020-ci ilin noyabrından münaqişənin episentrindədir. Efiopiya hakimiyyəti Tıqray Xalq Qurtuluş Cəbhəsini hərbi bazaya hücumda günahlandırıb və Tıqrayda əməliyyata başlayıb. Hökumət qüvvələrinə qonşu Eritreya dəstək verib. 2021-ci ilin yazında Efiopiya hakimiyyəti Eritreyanın qoşunlarını Tıqraydan çıxardığını elan edib.

İyun ayında isə Tıqraydakı üsyançılar bölgənin inzibati mərkəzi olan Mekele şəhərini ələ keçiriblər və Efiopiya hökuməti qeyd-şərtsiz atəşkəs elan edib. Üsyançılar daha sonra yenidən hücuma keçərək Tıqrayın cənubunun çox hissəsinə nəzarəti ələ alıblar.

Oktyabrın 7-də Efiopiya silahlı qüvvələri ölkənin şimalındakı Amhara əyalətində Tıqray Xalq Qurtuluş Cəbhəsinin üsyançı birləşmələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru