Nika Meliya Saakaşvilini aclığı dayandırmağa çağırdı - "Qazanmışıq"

31-10-2021, 07:05           
Nika Meliya Saakaşvilini aclığı dayandırmağa çağırdı - "Qazanmışıq"
Müxalif "Vahid Milli Hərəkat" partiyasından Tbilisi merliyinə namizəd olan Nika Meliya Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini aclığı dayandırmağa çağırıb.
Bu barədə Sputnik Gürcüstan yazır.
Saakaşvili özünü siyasi məhbus hesab etdiyindən artıq 30-cü gündür ki, saxlandığı Rustavi həbsxanasında aclıq edir. Bu müddət ərzində o, vəkillər vasitəsilə xalqa seçkilərdə VMH-ni dəstəkləmələri barədə mesajlar göndərib.
Mərkəzi Seçki Komissiyası hələ ilkin nəticələri elan etməsə də, Meliya bildirib ki, seçkinin ikinci turunda müxalifət qələbə qazanıb.
"Sabah, yekun protokollar tərtib olunub müxalifətin namizədləri qalib elan ediləndə istərdim ki, Mixeil Saakaşvili aclığı dayandırsın, çünki o bizə sağ və salamat halda lazımdır", - Meliya deyib.
Hazırda hər iki partiya - hakim "Gürcü arzusu" və müxalif "Vahid Milli Hərəkat" - bəyan edir ki, seçkiləri məhz o qazanıb. Maraqlıdır ki, onlar alternativ ekzit--polların nəticələrinə istinad edirlər.
Şənbə günü, oktyabrın 30-da Gürcüstan vətəndaşları beş şəhərin (Tbilisi, Batumi, Kutaisi, Poti, Rustavi) və 15 rayonun merini, eləcə də 24 seçki dairəsindən sakrebulolara (yerli məşvərət orqanları) 42 majoritar deputatı seçiblər.
Gürcüstan MSK ilkin nəticələri yerli vaxtla gecəyarıdan sonra dərc etməyə başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru