Gürcüstanda bələdiyyə seçkilərinin ikinci turunun ilkin nəticələri məlum oldu

31-10-2021, 09:51           
Gürcüstanda bələdiyyə seçkilərinin ikinci turunun ilkin nəticələri məlum oldu
Oktybrın 30-da Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu Partiyasının namizədləri 20 şəhərdən 19-da qalib gəliblər.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Tbilisidə səslərin 99,87 faizi, digər şəhərlərdə isə bütün səslər sayılıb.
İlkin nəticələrə əsasən, Tbilisinin hazırkı meri Kaxa Kaladze səslərin 55,6% faizini alaraq yenidən mer seçilib. Müxalif Vahid Milli Hərəkatın namizədi Nika Meliya isə 44,4 faiz səs toplayıb. Rustavi, Kutaisi, Poti və Batumi kimi böyük şəhərlərdə də hakim partiyanın namizədləri qələbə qazanıblar. Müxalifətin namizədi yalnız Tsalencixa şəhərində qələbə qazanıb.
Qeyd edək ki, yerli seçkilərin ilk turu oktyabrın 2-də keçirilib. Gürcü Arzusu Partiyası birinci turda 46,7 faiz səs yığaraq 64 bələdiyyədən 44-də qələbə qazanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru