Makron Britaniyanı hədələdi - "Fransa lazımi tədbirləri görəcək"

1-11-2021, 10:57           
Makron Britaniyanı hədələdi -
Böyük Britaniya hakimiyyəti Avropa İttifaqı ilə Breksit razılaşmasına əməl etməsə, Fransa lazımi tədbirləri görəcək.

Unikal.org xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

"Əgər Birləşmiş Krallıq sazişdə nəzərdə tutulan addımları atmasa, biz lazımi tədbirləri görməyə məcbur olacağıq", - deyə Fransa lideri bildirib.

Onun sözlərinə görə, Paris balıqçılıq mübahisəsində eskalasiyanı istəmir:

"London balıqçılıqla bağlı mövqeyini dəyişməkdən imtina edərsə, Fransa hökuməti və Aİ səlahiyyətlilərinin cavab tədbirləri görmək hüququ var".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru