"Əgər inqilab baş versə və hakimiyyətə gəlsək..." -

1-11-2021, 17:47           
"Əgər inqilab baş versə və hakimiyyətə gəlsək..." -
Gürcüstanın Qərbdəki tərəfdaşları müxalifəti dəstəkləməlidir.

Teref.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib.

“Avropalı dostlarımıza müraciət etmək istəyirəm. Burada səfirliklər var və hər kəs hər şeyi görür. Onlara müraciət edib, demək istəyirəm ki, dostlar, bizə sizin köməyiniz indi lazımdır. Ümumiyyətlə, inqilab istəmirik, amma əgər inqilab baş versə və hakimiyyətə gəlsək, yalnız onda bizlə danışacaqlar?! Onlar Talibanla belə hakimiyyətə gəldikləri üçün danışır və deyirlər ki, bunu etməyə məcburuq. Bizə isə indi kömək lazımdır”, – deyə o bildirib.

Burcanadze, həmçinin Qərb ölkələrini ikili standartlarda ittiham edib./axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru