“Rusiyada COVID-19-la bağlı vəziyyət çox mürəkkəbdir" - Putin

2-11-2021, 07:15           
“Rusiyada COVID-19-la bağlı vəziyyət çox mürəkkəbdir" - Putin
Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mürəkkəb vəziyyət yaranıb.

Medicina.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə ölkənin hərbi sənaye kompleksinin inkişafı ilə bağlı keçirilən müşavirədə bildirib.

“Rusiyada koronavirusla bağlı mürəkkəb vəziyyət yaranıb. Gündə 40 min nəfərdən çox insan koronavirusa yoluxur. Heç vaxt belə olmamışdı”, - V. Putin vurğulayıb.

Qeyd edək ki, Rusiyada həftə ərzində COVID-19-a gündəlik yoluxma sayı 40 mini, virusdan ölüm hallarının sayı isə 1100-ü ötüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru