Gürcüstanda müxalif deputatlar mandatlarından imtina edirlər

1-11-2021, 21:22           
Gürcüstanda müxalif deputatlar mandatlarından imtina edirlər
Gürcüstan parlamentində müxalifəti təmsil edən iki deputat - “Qirçi - Daha çox azadlıq” partiyasının sədri Zurab Caparidze və Vahid Milli Hərəkat Partiyasının üzvü Nona Mamulaşvili mandatlarından imtina edir.

Teref.az “Report”a istinadən xəbər verir ki, buna səbəb onların oktyabrın 30-da keçirilmiş yerli seçkilərin ikinci mərhələsinin nəticələrini tanımamasıdır.

Hər iki deputat mandatlarının dayandırılması ilə bağlı yaxın günlərdə qanunverici orqana müraciət edəcəklər.

Qeyd edək ki, ötən gün “Lelo” Partiyasının sədri, deputat Mamuka Xazaradze də parlamenti tərk edəcəyini bildirib. Gürcüstanın keçmiş prezidenti, hazırda Rustavi həbsxanasında saxlanılan Mixeil Saakaşvili digər müxalif deputatları M.Xazaradzedən nümunə götürməyə çağırıb. O, tərəfdarlarını növbədənkənar parlament seçkilərinə nail olmağa səsləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru