ABŞ HDQ Altıncı donanmasının flaqman gəmisi Qara dənizə daxil olub

2-11-2021, 07:49           
ABŞ HDQ Altıncı donanmasının flaqman gəmisi Qara dənizə daxil olub
Noyabrın 1-də ABŞ HDQ Altıncı donanmasının «USS Mount Whitney (LCC 20)» flaqman gəmisi Qara dənizə daxil olub.

Gəminin Türkiyə boğazlarından keçərək Aralıq dənizindən Qara dənizə girdiyini bu gün səhər ABŞ-ın Avropadakı və Afrikadakı komandanlığı öz Tvitter akkauntunda xəbər verib.

Xəbərdən aydın olur ki, flaqman gəmisinin başlıca vəzifəsi ABŞ və onların NATO üzrə müttəfiq donanmaları arasında Qara və Aralıq dənizlərində birgə hərbi əməliyyatlar zamanı fəaliyyət koordinasiyası yaratmaqdan ibarətdir.

Xatırladırıq ki, oktyabrın 30-da ABŞ HDQ Altıncı donanması bu bölgədə NATO qüvvələrinin dəstəyi ilə əməliyyatların başlanmasını elan edib.

Əməliyyatın gedişinə komandanlığı Altıncı donanma və NATO qərargahları həyata keçirəcək. Qərargahlar flaqman gəmisində yerləşib. Bu zaman həmin gəmi Bosforu təlim bəyannaməsi çərçivəsində ilk olaraq keçməyib.

Xəbər verildiyi kimi, oktyabrın 30-da Qara dəniz hövzəsinə Amerikanın «USS porter» esminesi daxil olub. Onun silahlanmasında Tomaqavk qanadlı raketi (uçuş məsafəsi 1,6 min kilometr) və raket əleyhinə müdaifə sistemi («İcis») var.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru