Cənubi Çin dənizində ABŞ-ın sualtı qayığının qəzaya uğraması səbəbləri açıqlanıb

2-11-2021, 08:53           
Cənubi Çin dənizində ABŞ-ın sualtı qayığının qəzaya uğraması səbəbləri açıqlanıb
ABŞ-ın “USS Connecticut” nüvə sualtı qayığı ilə baş verən insidentin təhqiqatı başa çatıb. Sualtı qayığın Cənubi Çin dənizinin sularında toqquşduğu obyektin sualtı dağ olduğu ortaya çıxıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmanın rəsmi nümayəndəsi Heyli Sims bildirib.

Hərbçilər daha əvvəl bildirmişdilər ki, hadisə oktyabrın 2-də “Connecticut” zərbə atom qayığında olub, nüvə qurğusuna ziyan dəyməyib. Hadisə zamanı 11 dənizçi yaralanıb.

"USS Connecticut” hərbi gəmisinin Hind-Sakit Okeandakı beynəlxalq sularda əməliyyat zamanı əvvəllər məlum olmayan dəniz zirvəsi ilə toqquşduğu aşkarlanıb", - o deyib.

Sims qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasının komandanlığı sonrakı hərəkətlərin qaydasını müəyyən edəcək. Onun sözlərinə görə, cinayəti törədənləri məsuliyyətə cəlb etmək mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru