ABŞ hərbi gəmisi Rusiyaya yaxınlaşdı - Putin “S-500”lərlə hədələdi

2-11-2021, 10:37           
ABŞ hərbi gəmisi Rusiyaya yaxınlaşdı -
“Bu yaxınlarda ABŞ-ın hərbi gəmisi Qara dənizə daxil olub, bunu durbinlə belə görmək mümkündür”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin ABŞ-ın ortamənzilli raketləri Avropaya yerləşdirmə planının Rusiya üçün böyük təhlükə və təhdid yaratdığını bildirib:

“Buna görə də əvvəlki qərarlara uyğun olaraq, 200-dən çox təyyarə və helikopter, 26 “S-350” və “S-400” hava hücumundan müdafiə raket kompleksləri, habelə kütləvi istehsal edilən “S-500” hava hücumundan müdafiə raket sistemlərinin ilk nümunələri önümüzdəki illərdə orduya təhvil veriləcək”.

Rusiya donanmasının müasir silah və texnika ilə təchiz olunmasını istəyən Putin son 4 ildə hərbi dəniz qüvvələrinə 49 yeni döyüş gəmisi, 9 sahil raket sistemi, 10 təyyarə və helikopterin verildiyini deyib.

Xarici dövlətlərin donanmalarında nüvə sualtı gəmilərinin, təyyarədaşıyan gəmilərin və pilotsuz gəmilərin sayının artdığını bildirən Putin Rusiya donanmasının daha sürətlə manevr edən texnika və silahlarla təchiz olunması əmrini verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru