Polşa Ukrayna artilleriyasına qiymət verdi
3-11-2021, 07:09

"Ukrayna artilleriyasının hazırkı vəziyyəti o qədər də qənaətbəxş deyil".
Cebhe.info xəbər verir ki, bu barədə "Defence24" məlumat yayıb. Nəşr Ukrayna anbarlarında artilleriya vasitələrinin saxlanması, texniki xidməti və təmirinin qeyri-qənaətbəxş şəraitini qeyd edir ki, bu da texnikanın sürətlə korlanmasına gətirib çıxarır. "Defense24" vurğulayıb ki, Ukrayna SSRİ-nin dağılmasından sonra dünyanın ən böyük və güclü artilleriya arsenallarından birini alıb və onun böyük hissəsi satılıb. Nəşr qeyd edir ki, Kiyev Qərb ölkələrindən müasir artilleriya qurğuları almır və onların ölkədə kütləvi istehsalını təşkil etməyib.
"Ukrayna demək olar ki, yalnız Avropa ölkələrindən işlənmiş texnika almağa üstünlük verir", - nəşr yazıb.
“Hazırda Ukraynadakı bütün artilleriya sistemlərinin sayını təxminən 1950 top və haubitsa, 500 minaatan və 500 reaktiv yaylım atəş sistemi ilə qiymətləndirmək olar. Bu, hələ də sovet ordusunun böyük mirasıdır. Bu avadanlığın hansı hissəsinin texniki cəhətdən qənaətbəxş olduğunu qiymətləndirmək çox çətindir", - deyə qəzet yazıb.
Xatırladaq ki, oktyabr ayında "Defense24" qeyd etmişdi ki, sualtı qüvvələri Rusiya Hərbi Dəniz Qüvvələrinin ən vacib komponenti olaraq qalır və əsasən ballistik raketlərlə təchiz olunmuş atom sualtı qayıqlarının olması səbəbindən Rusiya son dərəcə yüksək döyüş potensialına malikdir.