Britaniyada nüvə bunkeri lüks evə çevrilib?

3-11-2021, 07:19           
Britaniyada nüvə bunkeri lüks evə çevrilib?
Britaniyada maraqlı hadisə baş verib. Daxili nüvə bunkerini xatırlatmayan dəbdəbəli mənzil satışa çıxarılıb.

Cebhe.info xəbər verir ki, bu barədə "The Sun" yazıb.

Esseks ştatının Mistley kəndindəki bomba sığınacağı 1951-ci ildə “soyuq müharibə” dövründə hücum zamanı rabitə mərkəzi kimi xidmət etmək və hökumət rəsmilərini qorumaq üçün tikilib. Bunkerin divarlarının qalınlığı 600 millimetrdir, lakin bina heç vaxt təyinatı üzrə istifadə olunmayıb, əvəzində bina yaşayış məntəqələrinə çevrilib.

Bildirək ki, bunkerin içərisində üç premium-klass mənzil var: biri dörd otaqlı, ikisi isə üç otaqlıdır. Onların hamısının orijinal təhlükəsizlik qapıları və divarları var, eləcə də dəbdəbəli təmiri qorunub saxlanılmışdır. Hamamları italyan mərmərlə döşənmişdir, mətbəxlərdə qranit sayğaclar və bütün otaqlarda yeraltı istilik var. Əlavə olaraq hər bir mənzilin özünəməxsus parkinqi və hasarlanmış həyəti var.
Qeyd edək ki, əvvəllər bu obyektləri ayrı-ayrılıqda 550 min funt-sterlinq (751 min dollar) qiymətinə satmağa çalışıblar, indi isə bunkerin bütövlükdə hərraca çıxarılması planlaşdırılıb.

Bunkerin başlanğıc qiyməti 1,4 milyon funt-sterlinqdir (1 milyon 912 min dollar), lakin sahiblər bunkeri 1,9 milyon funt-sterlinqə (2 milyon 595 min dollar) satmağı düşünürlər.

Xatırladaq ki, 2020-ci ildə ABŞ-da daha bir lüks bunker satışa çıxarılmışdı. Sığınacaq AVON-un keçmiş baş direktoru Girard Hendersona məxsus idi. Yeraltı malikanədə beş yataq otağı, bir neçə görüş sahəsi, iki barı olan oyun otağı və şəlalə var. Mənzilin dəyəri 18 milyon dollar qiymətləndirilmişdi.

Sevinc Tapdıqqızı
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.