ABŞ MKİ-nin rəhbəri Baydenin tapşırığı ilə Moskvada mühüm görüşlərə başlayıb

3-11-2021, 00:03           
ABŞ MKİ-nin rəhbəri Baydenin tapşırığı ilə Moskvada mühüm görüşlərə başlayıb
Çərşənbə axşamı Rusiya Federasiyasının Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Moskvada Börnslə görüşdüyünü bəyan edib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns noyabrın 2-də və 3-də Moskvada Rusiya hökumətinin nümayəndələri ilə bir sıra görüşlər keçirərək ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə ABŞ-ın Moskvadakı səfirliyindən məlumat verilib.
“MKİ-nin direktoru Uilyam Börns prezidentin (ABŞ prezidenti Co Bayden - red.) adından yüksək səviyyəli ABŞ rəsmilərindən ibarət nümayəndə heyətinin başçılığı ilə noyabrın 2-3-də Moskvada Rusiya hökumətinin nümayəndələri ilə görüşərək ikitərəfli münasibətlərə dair bir sıra məsələləri müzakirə edəcək”, - diplomatik missiyadan bildiriblər.
Çərşənbə axşamı Rusiya Federasiyasının Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Moskvada Börnslə görüşdüyünü bəyan edib.
Məlumatda qeyd edilib ki, Patruşev-Börns görüşündə Rusiya və ABŞ arasındakı münasibətlər müzakirə edilib.
Börnsün Rusiya paytaxtına səfəri barədə məlumat daha əvvəl açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru