Avropada qazın qiyməti 850 dolları keçib

3-11-2021, 07:38           
Avropada qazın qiyməti 850 dolları keçib
Avropada qazın qiyməti 1000 kubmetr üçün 850 ABŞ dollarını keçib. "Report" bu barədə ICE birjasının məlumatlarına istinadən xəbər verir.

Hollandiyanın TTF qovşağında dekabr fyuçerslərinin qiyməti günün sonuna kimi 1000 kubmetr üçün 852 ABŞ dollarına yüksəlib. Gün ərzində ümumi qiymət artımı təxminən 8,5% təşkil edib.

Qeyd edək ki, ticarət sessiyasının əvvəlində qazın qiyməti 750 ABŞ dolları olub.

Bundan sonra “Qazprom”un 2022-ci ilin birinci və ikinci rübündə Ukrayna və Polşa ərazisindən qaz nəqli üçün əlavə mənbələrin sifarişindən imtina etməsi xəbəri ilə qiymət yenidən qalxmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru