ABŞ-da 5-11 yaşlı uşaqların peyvənd olunmasına icazə verildi

3-11-2021, 09:44           
ABŞ-da 5-11 yaşlı uşaqların peyvənd olunmasına icazə verildi
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri 5-11 yaşlı uşaqları koronavirusa qarşı "Pfizer/BionTech" peyvəndi ilə vaksinasiyasını tövsiyə edib.

Trend-in "Axios" portalına istinadən verdiyi məlumata görə, 5-11 yaşlı uşaqların sözügedən peyvəndin iki dozası ilə vaksinasiya olunmasının tövsiyə edilməsi Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin xüsusi komissiyasının üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Qeyd edilir ki, bu yaş qrupundakı uşaqlar üçün peyvəndin dozası böyüklər üçün olan dozanın təxminən üçdə birini təşkil edəcək və üç həftə ara ilə vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru