Müsəlmanlar ABŞ-da ən xeyirxah vətəndaşlar seçildi

3-11-2021, 18:05           
Müsəlmanlar ABŞ-da ən xeyirxah vətəndaşlar seçildi
ABŞ-da müsəlmanlar ölkənin ən səxavətli vətəndaşlarıdır.

Sozcu.az xəbər verir ki, ölkənin İndiana Universitetində aparılan sosioloji tədqiqatlar nəticəsində alimlər bu nəticəyə gəliblər.

Belə ki, ABŞ-da bir müsəlmanın xeyirxahlıq məqsədi ilə ianə etdiyi məbləğ il ərzində orta hesabla 3200, qeyri-müsəlmanların ianəsi isə 1905 dollardır. Müsəlmanların ölkə əhalisinin 1,1 faizini təşkil etsələr də, onların ianələri toplanan ümumi ianə məbləğinin 1,4 faizinə bərabərdir.

Qeyd edək ki, Amerikada 2020-ci il üçün müsəlman vətəndaşların və onların təşkilatlarının ianələrinin ümumi məbləği 4,3 milyard dollar olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru