Zaxarova Rusiyanın Ukrayna sərhədinə ordu toplaması məsələsi ilə bağlı açıqlama verib

3-11-2021, 18:41           
Zaxarova Rusiyanın Ukrayna sərhədinə ordu toplaması məsələsi ilə bağlı açıqlama verib
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Federasiyası XİN mətbuat katibi Mariya Zaxarova rus ordusunun Ukrayna ilə sərhəddə toplaşdığı barəsində dünya mətbuatında yayılmış məlumatı təkzib edib, bunu “Amerika KİV-in Rusiyaya qarşı yeni feyk kapaniyası” adlandırıb.

Qeyd edək ki, Pentaqonun mətbuat katibi Con Kirbi də Moskvanın “qeyri-adi aktivliyi” səbəbindən ABŞ-ın vəziyyəti müşahidə altında saxladığını bəyan edib.

Ukraynanın Müdafiə Nazirliyi isə ölkənin baş kəşfiyyat idarəsinə istinad edərək, respublika sərhədlərinin qarşısına və Donbassa 90 min nəfərə qədər Rusiya hərbçisinin toplaşdığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.