Rusiyada kritik vəziyyət: Putin Şoyquya göstəriş verdi
3-11-2021, 19:41
“Anadolu Agentliyi” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ölkədə yeni tipli koronavirusun çox yayıldığı bölgələrə dəstək üçün tibb mütəxəssisləri göndərəcək və həmin rayonlarda hərbi xəstəxanalar quracaq. Bu barədə açıqlamanı Kremlin mətbuat nümayəndəsi Dmitri Peskov verib. Peskov ölkədə qismən qapanmanın 7 noyabr tarixinə qədər davam edəcəyini bildirib.Hurriyyet.az