Belarus hakimiyyəti qəzadan sonra QƏRAR VERDİ: dayandırılır...

4-11-2021, 00:13           
Belarus hakimiyyəti qəzadan sonra QƏRAR VERDİ:
Belarus hakimiyyəti İrkutsk vilayətində baş vermiş təyyarə qəzasından sonra An-12-nin istismarını dayandırmaq qərarına gəlib.

Publika.az BELTA-ya istinadla xəbər verir ki, bu barədə Aviasiya Departamentinin direktoru Artem Sikorski bildirib .

“Bu gün, noyabrın 3-də saat 11:34-də İrkutsk hava limanında səfər zamanı Qrodno aviaşirkətinin An-12 təyyarəsi şaxtalı yağışa düşüb. Aviasiya Departamenti Belarus aviasiyasının AN-12 təyyarəsinin kommersiya fəaliyyətini təhqiqatın sonuna qədər dayandırmaq qərarına gəlib”, - deyə Sikorski bildirib.

An-12 təyyarəsi Keperveem-Yakutsk-İrkutsk marşrutu üzrə yük uçuşu həyata keçirib. O, çərşənbə günü, noyabrın 3-də İrkutskdan yeddi kilometr aralıda radarlardan itib. Sonradan onun qəzaya uğradığı məlum olub. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, düşmə zamanı təyyarə yanıb.

Təyyarədə yeddi ekipaj üzvü - Rusiya, Belarus və Ukrayna vətəndaşları olub. İrkutsk vilayətinin qubernatoru onların hamısının həlak olduğunu bildirib. Xilasedicilər 5 nəfərin cəsədini aşkar ediblər. İki nəfərin axtarışı davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru