Rusiyada orta illik inflyasiya oktyabrda 5 illik maksimumu yeniləyib

4-11-2021, 11:59           
Rusiyada orta illik inflyasiya oktyabrda 5 illik maksimumu yeniləyib
Bu ilin oktyabr ayında Rusiyada orta illik inflyasiya 8,1% təşkil edib ki, bu da 2016-cı ilin fevral ayından bəri ən yüksək həddir.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Federal Statistika İnstitutunun ("Rosstat") hesabatında bildirilir.

Sənədə əsasən, bu ilin yanvar-oktyabr aylarında Rusiyada ərzağın qiymətləri orta hesabla 10,9% artıb, bəzi əsas ərzaq məhsulları, məsələn xiyar 90%, kartof 76%, pomidor isə 65% bahalaşıb.

Qiymət artımına səbəb kimi tələb və təklif arasında balansın olmaması göstərilir. Bununla yanaşı, analitiklər hesba edirlər ki, Rusiya iqtisadiyyatı həm də artan enerji qiymətlərinin təsirinə məruz qalıb.

Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, bu ilin sonunda ölkədə orta illik inflyasiya 7,4% təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru