Bu ölkədə torpaqlar pulsuz paylanılır

4-11-2021, 12:35           
Bu ölkədə torpaqlar pulsuz paylanılır
Bolqarıstanda əhalinin sayı dünyanın bir çox ölkələrindən daha sürətlə azalır. Bu azalmanın qarşısını almaq üçün hökumət tədbirlər görməyə başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Svilenqrad şəhəri əhalinin xaricə axınından xilas olmaq və bununla da yeni sakinləri cəlb etmək üçün maraqlı addım atıb. Belə ki, şəhər bələdiyyəsi daşınmaz əmlak və yarımçıq evlərin tikintisi üçün boş torpaq sahələri paylayacaq.

Qeyd edilir ki, XXI əsrin əvvəllərində Svilenqrad şəhərində 19 mindən çox insan yaşayıb. Ancaq indi orada 16 mindən çox sakin yaşayır. Ona görə də yeni sosial proqram gənc ailələr və təcrübəsiz mütəxəssislər üçün nəzərdə tutulub. Yerli hakimiyyət bu tədbirlə əhalinin xaricə axınının qarşısını almaq istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru