Portuqaliya prezidenti parlamenti buraxmaq qərarına gəlib

5-11-2021, 08:33           
Portuqaliya prezidenti parlamenti buraxmaq qərarına gəlib
Portuqaliya prezidenti Marselo Rebelo di Souza bildirib ki, o, Respublika Assambleyasını (birpalatalı parlament) buraxmaq və ölkədə növbədənkənar seçkiləri gələn il yanvarın 30-na təyin etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə dövlət başçısının çıxışını Rádio e Televisao de Portugal dövlət radio və televiziya şirkəti yayımlayıb.

Ölkə prezidenti qeyd edib: "Mən Respublika Assambleyasını buraxmaq və yanvarın 30-na seçki təyin etmək qərarına gəldim".

Dövlət başçısının bu qərarı oktyabrın 27-də ölkə parlamenti Portuqaliyanın gələn il üçün hökumətin təqdim etdiyi büdcə layihəsini dəstəkləmədiyindən sonra verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru