Bu halda Kiyevə hücum edəcəyik - Puşilin

5-11-2021, 10:09           
Bu halda Kiyevə hücum edəcəyik - Puşilin
Ukrayna ilə mümkün genişmiqyaslı müharibədə yalnız hərbi yolları nəzərdən keçirmirik.

Axar.az xəbər verir ki, qondarma “donetsk xalq respublikasının” rəhbəri Deniş Puşilin deyib.

O bildirib ki, Ukraynada enerji sektoru və yanacaq qıtlığı yaşanarsa, Kiyev hakimiyyəti əhalinin diqqətini bu problemlərdən yayındırmaq üçün Donbasda vəziyyəti gərginləşdirə bilər:

“Uzun zamandır ki, Ukraynanı müşahidə edirik və görürük ki, məntiqsizlik və özünüməhv bu ölkəyə xasdır. Ona görə də biz istənilən gedişata hazır olmalıyıq”.

O qeyd edib ki, Ukrayna ordusunun hücumu baş verərsə, "əl-qolları" açılacaq:

"Sizi əmin edirəm ki, biz yalnız öz mövqelərimizi müdafiə etməklə kifayətlənməyəcəyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru