Putinlə Lukaşenko arasında "soyuq küləklər əsir"?

5-11-2021, 13:05           
Putinlə Lukaşenko arasında "soyuq küləklər əsir"?
"Belarus Prezidenti Aleksandr Lukaşenko səfər üçün (ilhaq olunmuş) Krıma çoxdan dəvət edilib".

Cebhe.info xəbər verir ki, bu barədə TASS-a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Məlumata görə, Lukaşenkonun MDB-nin Ali Dövlət Şurasının iclasında Rusiya lideri Vladimir Putinin onu özü ilə Krıma aparmadığı barədə açıqlamasına Kreml reaksiya verib. Lukaşenko Ukraynanın Belarus üçün hava yollarını bağladığından, indi onun vasitəsilə (ilhaq olunmuş)yarımadaya keçməyin mümkünsüzlüyündən şikayətlənib.

Eyni zamanda, Lukaşenko bildirib ki, Krımda belarusların mülkiyyəti, başqalarının isə problemləri var.

"Vladimir Vladimiroviç məni özü ilə Krıma aparacağını vəd etmişdi, amma bu gün başqa birini apardı və mənə bu dəvət edilmədi. Yaxşı, (ilhaq olunmuş) Krıma olmasa, Peterburqa gedə bilərikmi?", - deyə Belarus lideri sual edib.

Bildirək ki, Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Daimi Komissiyasının sədri Andrey Savinıx Lukaşenkonun Krımla bağlı dediklərini yarımadanın Rusiya ərazisi kimi tanınmasını “şübhəsiz” kimi qiymətləndirib.

Onun sözlərinə görə, Minsk uzun müddətdir ki, ilhaq olunmuş Krımı Rusiyanın ərazisi hesab edir, sadəcə olaraq, Rusiya media məkanı üçün rəsmiləşdirilməyib.

Qeyd edək ki, əslində, Belarus hakimiyyəti Krımı Rusiyanın bir hissəsi kimi rəsmən tanımır. Lukaşenko özü də əvvəllər bütün rus oliqarxlarından sonra bunu edəcəyinə söz vermişdi:

“Rusiyanın sonuncu oliqarxı Krımı tanıyanda və orada məhsul tədarük etməyə başlayanda məsələ mənim üçün "paslanmaz", - deyə Lukaşenko vurğulamışdı.

Bildirək ki, məhz bu fikirlərinə görə, sonra Rusiyada Belarus Prezidentinin mövqeyi mənfi qiymətləndirilib.
Federasiya Şurasının üzvü Olqa Kovitidi, Dövlət Dumasının (ilhaq olunmuş) Krımdan olan deputatı Ruslan Balbek Lukaşenkonun bu bəyanatını yersiz hesab edib.

Eyni zamanda Putin ilə Lukaşenko arasında sentyabrda keçirilən görüşdə (ilhaq olunmuş) Krımın mülkiyyəti məsələsi müzakirə olunmayıb. Belarusdan (ilhaq olunmuş) Krıma birbaşa uçuşların təşkili mövzusu da qaldırılmayıb.

Bundan bir qədər əvvəl Peskov qeyd edib ki, Vladimir Putin Aleksandr Lukaşenko ilə görüşlərində yarımada mövzusunu, məhz özü qaldırmayıb.

Xatırladaq ki, (ilhaq olunmuş) Krım 2014-cü ilin martında regionda səs verənlərin böyük əksəriyyətinin belə, bir qərarı dəstəklədiyi referendumdan sonra Rusiyanın tərkibinə daxil olub. Ukrayna, Aİ ölkələri və ABŞ səsvermənin nəticələrini tanımaqdan imtina edərək yarımadanın Rusiyaya birləşməsini ilhaq adlandırıb. Rusiya hakimiyyəti bu ittihamları rədd edib və birləşmə prosedurunun beynəlxalq hüquq normalarına uyğun olduğunu təkid edib və bu mövqedə qalmaqdadır.

Sevinc Tapdıqqızı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.