ABŞ-dan gözlənilməz addım: - İsrail şirkətlərinə sanksiya tətbiq olunur

5-11-2021, 19:17           
ABŞ-dan gözlənilməz addım: -
Avtoritar rejimlər müxalifətçiləri və siyasi fəalları dinləmək üçün xüsusi casus proqramlarına müraciət edir. Son vaxtlar “Pegasus”un adı gündəmə gəlib. İsrail şirkəti dünyanın xeyli ölkəsində müxtəlif siyasi, ictimai adamları dinləmişdi.
Bizimyol.info xəbər verir ki, ABŞ bunu repressiya aktı kimi qiymətləndirir. Buna görə də “Pegasus”un adı sanksiya siyahısına salınıb.

İsveçrə mətbuatı yazır: “ABŞ hökumətinin mesajı aydındır: “Pegasus” kimi müşahidə proqramları repressiyalara şərait yaradır. Bu, ABŞ-ın təhlükəsizlik və xarici siyasət maraqlarını təhlükə altına qoyur. ABŞ xarici hökumətlərin rəsmilərini, jurnalistləri, iş adamlarını və fəalları dinləmək üçün “Pegasus”dan qəsdən istifadə etdiyini sübuta yetirilmiş sayır”.

Smartfonlara, kompüterlərə casusluq proqramları təklif edən “Candiru” da Vaşinqtonun qəzəbinə tuş gəlib. ABŞ bu şirkətlər üçün yerli texnologiyalara çıxış imkanlarını məhdudlaşdırmaq qərarına gəlib. “Pegasus” və “Candiru” ABŞ ərazisində biznes qurmaq istəsə, uzun yol keçmək lazım gələcək. Ticarət Nazirliyindən icazə almaq asan iş deyil.

Müşahidəçilər ABŞ-ın bu addımını sərt hesab edirlər. Onlar üçün hətta sürpriz olduğunu da demək mümkündür. İsrailin “Haaretz” qəzeti, ümumiyyətlə, xəbərin bomba effekti verdiyini yazıb. Axı İsrail həmişə ABŞ-ın yaxın müttəfiqi sayılıb. İndi ölkə iki il əvvəl Vaşinqtonun Çin texnologiya şirkəti “Huawei”in də adını daxil etdiyi sanksiya siyahısında eyni anda iki şirkətlə yer alıb. Siyahıya keçən il “Solarwinds”ə yüksək profilli kiberhücumla əlaqəli Rusiyanın “Positive Technologies” şirkəti də düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.