Sabah Gürcüstanda kritik gün olacaq: RUSTAVİDƏN BAŞLAYIR

6-11-2021, 07:30           
Sabah Gürcüstanda kritik gün olacaq:
Noyabrın 16-da Gürcüstanın Rustavi şəhərində müxalifətin etiraz aksiyası keçiriləcək.

Qafqaz.media xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının rəhbəri Nika Meliya məlumat verib.

Meliya aksiyanın yerli vaxtla saat 17:00-də başlayacağını və davamlı olacağını söyləyib:

"Aksiya hətta gecələr də davam edəcək. Ölkənin digər regionlarının nümayəndələri də aksiyaya qoşulacaq.

N.Meliya aksiyanın eks-prezident Mixail Saakaşvilinin saxlanıldığı həbsxananın yaxınlığında keçiriləcəyini qeyd edib:

"Vəziyyət çox çətindir. Mixail Saakaşvilinin həyati əlamətləri hər gün pisləşir və biz tarixi ədalətsizliyi dayandırmaq və tarixin gözündə bizi cinayətkar edəcək şeylərin qarşısını almaq üçün hərəkətə keçməliyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru