Ukraynada koronavirusa qarşı dərmanların sınaqdan keçirilməsinə icazə verilib

6-11-2021, 07:46           
Ukraynada koronavirusa qarşı dərmanların sınaqdan keçirilməsinə icazə verilib
Ukrayna Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı dərmanların sınaqdan keçirilməsinə icazə verib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin müvafiq əmrində deyilir.

“Pfizer” tərəfindən koronavirusa qarşı istehsal olunan 150 mq tabletlərdə “Ritonavir” adlı dərman testdən keçiriləcək. Onu COVID-19 xəstələri ilə təmasda olanlar qəbul edəcək.

Həmçinin “Merck” istehsalı olan “MK4482-013 Molnupinavir” tabletlərini testdən keçirmək planlaşdırılır.

Mənbə: Mignews












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru