Fransalı nazirdən quş qripi ilə bağlı xəbərdarlıq

6-11-2021, 08:51           
Fransalı nazirdən quş qripi ilə bağlı xəbərdarlıq
Fransanın kənd təsərrüfatı və ərzaq naziri Julyen Denormandi Avropa ölkələrində quş qripinin sürətlə yayılması ilə əlaqədar ölkə əhalisinə xəbərdarlıq edib.

“Avropada quş qripi epidemiyasının yayılması bizə təhlükəsizlik səviyyəsini yüksəltməyə və sənayemizin qorunmasını təmin etmək üçün lazımi tədbirlər görməyə məcbur edir”, - deyə Fransa rəsmisi bildirib.

Nazir vurğulayıb ki, yoluxma riski artdığından quşlar qapalı yerlərdə və ya qəfəslərdə saxlanılmalıdır.

Julyen Denormandi əlavə edib ki, bu tədbirlər bütün təsərrüfatlarda quşların vəziyyətinin gündəlik monitorinqi ilə müşayiət olunmalıdır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru