Bu halda yenə "Bayraqdar"dan istifadə edəcəyik - Kiyev

6-11-2021, 08:56           
Bu halda yenə "Bayraqdar"dan istifadə edəcəyik - Kiyev
Təhlükə olduğu təqdirdə Ukrayna “Bayraqdar” pilotsuz uçuş aparatından istifadə edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Baş Qərargah rəisi Sergey Şaptal deyib.

“Əgər hərbçilərimizə təhlükə yaranarsa və onların həyatlarını xilas etmək üçün bu təhlükəni təcili sovuşdurmaq lazım gələrsə, “Bayraqdar”dan istifadə edəcəyik”, - deyə Şaptal bildirib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri 26 oktyabrda ilk dəfə olaraq “Bayraqdar”dan Donbasda düşmən haubitsasını məhv etmək üçün istifadə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.