Bayden “Müsəlman Qardaşlar“ın 16 liderini azad etdirmək şərti qoyur

6-11-2021, 10:41           
Bayden “Müsəlman Qardaşlar“ın 16 liderini azad etdirmək şərti qoyur
ABŞ prezidenti Co Bayden administrasiyası Qahirənin "Müsəlman Qardaşlar"ın 16 liderini azad etmək şərti ilə Misirə 130 milyon dolları ödəmək niyyətindədir.

Yenisabah.az "Əl-Ərəbiyyə"yə istinadla xəbər verir ki, respublikaçı senator Ted Kruz məlumat yayıb.

Onun sözlərinə görə, vəsait terrorla mübarizə üçün ayrılıb.

Kruz əlavə edib ki, Bayden administrasiyası 16 adı açıqlamaqdan imtina edir və bu, şübhələr yaradır:

"Azad etmək istədiyiniz bu insanlar kimdir? Onların "Qardaşlar"la əlaqəsi nədir? Məhbuslar terror əməlində ittiham olunubmu? Onlar ABŞ vətəndaşıdır?"

"Əl-Ərəbiyyə"nin məlumatına görə, 16 lider arasında ABŞ vətəndaşlığını almış “Müsəlman Qardaşlar”ı da var.

Yeri gəlmişkən, Ted Kruz Konqresə "Qardaşlar"ı terror qruplaşması kimi tanıyan qanun layihəsi təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru