Buna görə neftimizi qeyri-qanuni satırıq - İran

6-11-2021, 22:03           
Buna görə neftimizi qeyri-qanuni satırıq - İran
ABŞ rəhbərliyi 3 ildir hüquqi əsas olmadan İranı iqtisadi blokadaya alıb.

Axar.az xəbər verir ki, bunu İranın vitse-prezidenti Möhsün Rzayi deyib.

O, ABŞ-ın sanksiyaları səbəbindən qeyri-qanuni yollarla neft satdıqlarını və müqabilində aldıqları pulları gizli şəkildə ölkəyə gətirdiklərini bildirib:

“Neftimizi qeyri-qanuni satırıq və müqabilində aldığımız dolları məzənnə qalxmaması üçün ölkəyə gizli şəkildə gətiririk”.

Rzayi daxili sanksiyaların xarici sanksiyalardan daha təhlükəli olduğunu, sahibkarların və gənclərin yolunu kəsən maneələri aradan qaldırmağa çalışdıqlarını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru