İsrail hərbçiləri Qırmızı dənizdə naməlum obyekti atəşlə məhv etdi...
7-11-2021, 07:06
İsrail Hərbi Dəniz Qüvvələrinin əsgərləri Qırmızı dənizdə planlaşdırılan əməliyyat zamanı dənizdə sahildən yüzlərlə fut uzaqda şübhəli obyekt aşkar ediblər.
Moderator.az xəbər verir ki, “Yerusalem Post” qəzetinin yazdığına görə 6 noyabr- şənbə günü bu haqda İsrailin “SAXAL” ordusu məlumat yayıb.
Dəniz Polisi ilə məsələni aydınlaşdırıb razılaşma əldə etdikdən sonra hərbçilər atəş açaraq şübhəli obyekti məhv ediblər.
Hərbi Dəniz Qüvvələri daha sonra əslində obyektin heç bir təhlükə yaratmadığını bildirib.
Atəşlə məhv edilən predmetin konkret olaraq nə olduğu haqda isə aydın məlumat verilmir.