İyul daşqınları zamanı Almaniyaya 30 milyard avroyadək ziyan dəyib

7-11-2021, 08:09           
İyul daşqınları zamanı Almaniyaya 30 milyard avroyadək ziyan dəyib
Almaniya hökuməti iyul ayında ölkənin bir sıra bölgələrində baş vermiş daşqınların ümumi zərərini rekord həddə - 29,2 milyard avro səviyyəsində qiymətləndirir.

Trend xəbər verir ki, hökümət artıq Aİ-nin Həmrəylik Fonduna maliyyə yardımı üçün müraciət edib və müraciətdə qeyd olunan məbləği göstərilib. Beləliklə, iyul daşqınlarının vurduğu ziyan 2002 və 2013-cü illərdə baş vermiş analoji fəlakətlərin vurduğu ziyandan dəfələrlə çox olub.

İyulun 12-dən Almaniyanın qərb və cənub-qərbində leysan xarakterli yağışlar dağıdıcı daşqınlara səbəb olub. Reyn çayının qolları Ahr və Mozel çayları, həmçinin kiçik Sauer, Prüm, Nims, Kil və Erft çayları məcarsından çıxıb. Fəlakət nəticəsində ölənlərin sayı 180, xəsarət alanları sayı isə 750 nəfərdən artıq olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru