Dünyada ilk dəfə 5-11 yaş arası uşaqlar üçün COVID-19 peyvəndi məcburi oldu

7-11-2021, 09:08           
Dünyada ilk dəfə 5-11 yaş arası uşaqlar üçün COVID-19 peyvəndi məcburi oldu
Kosta Rika dünyada 5-11 yaş arası uşaqlar üçün COVID-19 peyvəndini məcburi edən ilk ölkə olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında məlumat verilib.

Qeyd edilir ki, müvafiq qərar uşaqların və yeniyetmələrin yüksək maraqları prinsipinə uyğun olaraq tətbiq edilib.

Aydınlaşdırılır ki, 2021-ci ilin mart ayından ölkədə COVID-19-a qarşı peyvəndlər əhali üçün rəsmi əsas peyvənd sxeminin bir hissəsinə çevrilib. Bu siyahıya həmçinin suçiçəyi, poliomielit və insan papilloma virusuna (HPV) qarşı peyvəndlər daxildir.

Eyni zamanda vurğulanır ki, noyabrın 2-nə olan məlumata görə, 12-19 yaş arası əhalinin 73%-i artıq koronavirus peyvəndinin azı bir dozasını qəbul edib.

Mənbə: RT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru