Oliqarxlar Prezidentə alternativ tapıb: Onu hakimiyyətə hazırlayırlar

7-11-2021, 12:06           
Oliqarxlar Prezidentə alternativ tapıb: Onu hakimiyyətə hazırlayırlar
Oliqarxlar Prezident Vladimir Zelenskinin siyasətinin uğursuzluğu fonunda onun yerinə namizəd hazırlayırlar.

Alternativ olaraq, Ali Radanın eks-spikeri Dmitri Razumkov seçilib.

Cebhe.info xbər verir ki, bunu ukraynalı politoloq Andriy Zolotarev “Ukrayna.ru”-ya müsahibəsində bildirib.

Ekspert qeyd edib ki, son sorğuların məlumatlarına görə, Zelenski Prezident olduğu iki ildə ilk dəfə hətta sabiq dövlət başçısı Petro Poroşenkonu da qabaqlamağı bacararaq Ukrayna siyasətçiləri arasında antireytinqin lideri olub.

Onun fikrincə, sorğuda saxtakarlıq olub və konkret olaraq elə təşkil edilib ki, Zeleksnki uduzsun.Bu isə indiki dövlət başçısı üçün artıq neqativ tendensiya yaradıb.

“Alternativ olaraq indi Dmitri Razumkovun üzərində işləyirlər. Amma Razumkov əvvəlcə deputat qrupunu yaratmalıdır. Düşünürəm ki, oliqarxlar ona burada da kömək edəcəklər”, - deyə politoloq vurğulayıb.

Onun fikrincə, Radanın eks-spikeri Ukrayna xalqına “pis vərdişləri olmayan Zelenski” kimi təqdim ediləcək. Zolotarevin sözlərinə görə, onun vəzifəsi Zelenskinin seçki vədlərini yerinə yetirmək olacaq.

Beləliklə, bir sıra ekspertlər etiraf edirlər ki, hazırda Zelenskidən hakimiyyətin Razumkova sakit və problemsiz ötürülməsi hazırlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru