Rusiya və Belarus necə "birləşəcək”?

7-11-2021, 12:57           
Rusiya və Belarus necə "birləşəcək”?
“Rusiya və Belarus prezidentləri- Vladimir Putin və Aleksandr Lukaşenko mümkün olan hər şeyi edirlər ki, hər iki ölkənin vətəndaşları qəbuledilən qərarlardan faydalansınlar”.

Cebhe.info xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Telegram” kanalında bildirib.

Parlamentin aşağı palatasının sədri İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasının nəticələrini və ittifaq proqramlarının təsdiqini xatırladıb.

Onun sözlərinə görə, bu, iki dövlətin xalqları üçün son dərəcə mühüm hadisədir:
“Proqramlar vətəndaşların rifahının yaxşılaşdırılması, ümumi iqtisadi məkanın formalaşdırılması, qaz, neft və neft məhsulları, eləcə də elektrik enerjisi üçün ümumi bazarların yaradılması, vahid kənd təsərrüfatı və sənaye siyasətinin formalaşdırılması, müxtəlif sahələrdə ümumi qaydaların işlənib hazırlanması məqsədi daşıyır”.

Volodin vurğulayıb ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün Rusiya və Belarus parlamentləri iki ölkə qanunlarının unifikasiyası baxımından çox iş görməlidirlər. Xüsusilə, deputatların inteqrasiya proseslərində iştirakı üçün “yol xəritəsi”nin işlənib hazırlanması, Dövlət Dumasının və Belarus Milli Assambleyasının müvafiq komitələrinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, həmçinin deputatların tərkibini yeniləşdirmək lazımdır.

Xatırladaq ki, noyabrın 4-də İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası keçirilib. Putin və Lukaşenko sentyabrda Kremldə danışıqlar zamanı razılaşdırılan 28 ittifaq proqramını təsdiqləyiblər . Onlar Rusiya və Belarusun iqtisadiyyatın, iqtisadiyyatın və nəqliyyatın müxtəlif sahələrində qanunvericiliyinin unifikasiyasına yönəlib. Bundan əlavə, yenilənmiş Hərbi Doktrina və Miqrasiya Siyasəti Konsepsiyası təsdiqlənib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
casino Pin Up AZ