Moskva məhkəməsi SSRİ-nin bərpası ilə bağlı QƏRAR VERDİ

8-11-2021, 07:35           
Moskva məhkəməsi SSRİ-nin bərpası ilə bağlı QƏRAR VERDİ
Moskva Şəhər Məhkəməsi SSRİ-nin bərpasını xahiş edən qadının iddiasını rədd edib.

Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

İddiaçı hesab edir ki, Mixail Qorbaçov və Rusiyanın indiki parlamenti Sovet İttifaqının qanunvericiliyini, dövlət özünüidarə orqanlarını bərpa etməli, sonra isə SSRİ prezidenti seçkiləri keçirməlidir.

Bir müddət əvvəl Sovet İttifaqının birinci prezidenti Mixail Qorbaçov demişdi ki, SSRİ-də yenidənqurmanı məhv edən ölümcül amillər Belovejsk müqavilələri və Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin həyata keçirdiyi dövlət çevrilişi olub.

Onun fikrincə, yenidənqurmanın dağılması sonrakı transformasiyaların baş verdiyi şərtləri dəyişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru