ABŞ: "Talibana hələ pul ayırmırıq, çünki..."

8-11-2021, 07:45           
ABŞ: "Talibana hələ pul ayırmırıq, çünki..."
Əfqanıstanın yeni hakimiyyət orqanları Amerika üçün fundamental əhəmiyyət kəsb edən bir sıra məsələlərə yanaşmalarını yumşaltmayınca, ABŞ onlara maliyyə yardımı göstərməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Biz hələ Əfqanıstanın hazırkı rəhbərliyinə birbaşa pul təmin etmək iqtidarında deyilik… Bizim üçün vacib olan yanaşmalara yumşalma görüncə vəziyyət dəyişə bilər”, – deyə o, qeyd edib.

Sallivan əlavə edib ki, buna baxmayaraq, ABŞ qeyri-kommersiya təşkilatları və vətəndaş cəmiyyəti strukturları ilə əməkdaşlıq edərək Əfqanıstanın ən böyük humanitar donoru olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru